Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

12 aprel 2021 | 16:00

Paytaxtımızda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülən işlər çərçivəsində Moskva prospekti 84,90 və Asif Məhərrəmov küçəsi 37,45 saylı ünvanlarda başlanılmış abadlıq işləri davam etdirilir.    

Abadlıq işləri zamanı qeyd olunan ünvanlarda binaların fasadlarının təmir edilərək rənglənməsi, binaların girişlərində pilləkən qəfəslərinin əsaslı təmir edilməsi, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahların qoyulması, məhəllədaxili yollara yeni  asfalt örtüyünün  vurulması, səkilərin  genişləndirilməsi  və bardürlərin  yeniləri ilə əvəz olunması nəzərdə tutulmuşdur.

Rayon İH- nin Başçısı qeyd olunan ünvanlarda olaraq sakinlərin qaldırdıqları məsələlərin həlli üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər