Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.

29 aprel 2021 | 16:00

Nəsimi rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda Abbas Səhhət, Feyzulla Qasımzadə, Mustafa Topçubaşov və Süleyman Rüstəm küçələrində asfaltlaşma və piyadalar üçün nəzərdə tutulan səkilərdə cari təmir işləri aparılır. Təmir işləri zamanı səkilərdəki tamet daşları bərpa olunur, yeni bardürlər qoyulur. 

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

 

 

Keçidlər