Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Şəhid Ruslan Cəfərovun ailə üzvlərinin yaşadıqları ünvanda başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.

30 aprel 2021 | 16:00

Nəsimi rayonunda Vətən Müharibəsi Şəhidi mayor Ruslan Cəfərovun ailə üzvlərinin yaşadığı 4-cü mikrorayon Hüseyn Seyidzadə küşəsi 28 saylı ünvanda başlanılmış abadlıq-quruculuq və təmir işləri davam etdirilir.

Görülmüş işlər çərçivəsində binanın fasadının əsaslı təmiri başa çatdırılıb, yağış sularını axıdan borular və navalçalar yeniləri ilə əvəz olunub, yaşayış binasının girişlərinin qapı və pəncərələri dəyişdirilib, pilləkən meydançarında təmir-bərpa işləri yekunlaşıb.

Hazırlanmış layihəyə uyğun olaraq binanın həyətində asfalt örtüyünün vurulması və yeni bardürlərin qoyulması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahların inşaası, oturacaqların, müxtəlif növ idman qurğularının və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulub. Həmçinin abadlıq işləri aparılan ərazidə həmişəyaşıl ağacların və gül kollarının əkilməsi həyata keçiriləcəkdir.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda olaraq işlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər