Şriftin ölçüsü :

Saytın rəngi :

H.Seyidzadə küşəsi 28 saylı ünvanda abadlıq işləri davam etdirilir.

04 may 2021 | 16:00

Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda, 4-cü mikrorayon Hüseyn Seyidzadə küşəsi 28 saylı ünvanda başlanılmış abadlıq-quruculuq və təmir işləri davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq binanın fasadının əsaslı təmiri başa çatdırılıb, yağış sularını axıdan borular və navalçalar yeniləri ilə əvəz olunub, yaşayış binasının girişlərinin qapı və pəncərələri dəyişdirilib, pilləkən meydançalarında təmir-bərpa işləri yekunlaşıb, sakinlərin asudə vaxtlarını səmərəli keşirmələri üçün söhbətgah quraşdırılıb.

Binanın həyətində asfalt örtüyünün vurulması və yeni bardürlərin qoyulması, oturacaqların, müxtəlif növ idman qurğularının və uşaqlar üçün oyun elementlərinin quraşdırılması, həmçinin abadlıq işləri aparılan ərazidə həmişəyaşıl ağacların və gül kollarının əkilməsi  nəzərdə tutulmuşdur.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda olaraq işlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər