Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələrdə “Gənclərlə iş və idman” komissiyalarının işinin gücləndirilməsi yolları müzakirə edilib.

27 may 2021 | 16:00

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı və bələdiyyələrin gənc üzvlərdən ibarət təmsilçilərinin iştirakı ilə “Bələdiyyələrdə gənclərlə iş və idman komissiyalarının işinin gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib.

Tədbirin açılışında Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov ölkə üzrə son bələdiyyə seçkilərindən sonra 40%-ə yaxın bələdiyyə üzvünün fəaliyyət göstərməsini, onların fəallığının artırılması məqsədi ilə mütəmadi olaraq onlayn görüşlərin keçirildiyini, Gənclərlə iş və idman komissiyalarının yaradılması üçün bu ilin mart ayında Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bütün bələdiyyələrə tövsiyə məktubunun göndərilməsini və həmin komissiyaların yaradılması prosesinin davam etdiyini bildiriblər.

Milli Məclisin Gənclər və İdman Komissiyasının üzvü Vüqar İskəndərov, Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Ramin Məmmədov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov videokonfransda çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hər bir azərbaycanlının, xüsusən də gənclərin milli birlik nümayiş etdirməsindən danışıblar.

“İRƏLİ” ictimai Birliyinin idarə heyətinin sədri Şahin Rəhmanlı, “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı”nın sədri Pərviz Mirələmli təmsil olunduqları qurumların fəaliyyəti barədə məlumat verib, gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin reallaşacaq yeni layihələrdə iştirakları ilə bağlı təkliflərini səsləndiriblər.

Onlayn tədbirdə Ankara şəhərinin Etimesqut bələdiyyəsinin Gənclik Şurasının sədri Erhan Göksu  Türkiyədə yerli özünüidarəetmədə gənclərin və müvafiq komissiyaların iş təcrübəsindən danışdı.

Daha sonra mövzu ətrafında müzakirələr aparıldı və konfrans iştirakçılarını maraqlandıran suallara çıxışçılar tərəfindən aydınlıq gətirildi

Yekunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən yeni komissiyaların işinin gücləndirilməsi məqsədi ilə belə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi qeyd olunub.

Videokonfransda Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov iştirak etmişdir.

 

 

Keçidlər