Şriftin ölçüsü :

Saytın rəngi :

H.Seyidzadə küşəsi 28 saylı ünvanda başlanılmış abadlıq işləri davam etdirilir.

28 may 2021 | 16:00

Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri çərçivəsində hazırda, 4-cü mikrorayon Hüseyn Seyidzadə küşəsi 28 saylı ünvanda başlanılmış abadlıq-quruculuq və təmir işləri davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq binanın fasadının əsaslı təmiri başa çatdırılıb, yağış sularını axıdan borular və navalçalar yeniləri ilə əvəz olunub, yaşayış binasının girişlərinin qapı və pəncərələri dəyişdirilib, pilləkən meydançalarında təmir-bərpa işləri yekunlaşıb, binanın həyətinə tamet daşları vurulub, yeni bardürlər qoyulub, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgah quraşdırılıb.

Hazırda binanın həyətində müxtəlif növ idman qurğularının və uşaqlar üçün oyun elementlərinin quraşdırılması üçün hazırlıq işləri aparılır.

Rayon İcra Hakimiyyətinin başçısı aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən həmin ərazidə yaşayan sakinlər ilə görüşüb, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər