Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda şəhid Rauf Əliyevin doğum günü qeyd olunub.

04 iyun 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi daim dərin hörmət və ehtiramla yad edilir.

Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları və şəhidin ailə üzvləri 2 saylı Fəxri və Şəhidlər Xıyabanında olmuş, şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq məzarı üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.

Şəhidin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər