Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda parklarda və yaşıllıq zolaqlarında başlanılmış abadlıq işləri davam etdirilir.

09 iyun 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün 28 may küçəsi və Bülbül prospektinin kəsişməsindəki yaşıllıq zolağında və 5-ci mikrorayon Cavadxan küçəsi boyunca yerləşən parkda başlanılmış təmir-bərpa işləri davam etdirilir.
Təmir-bərpa işləri aparılan 5-ci mikrorayon Cavadxan küçəsi boyunca yerləşən parkdakı fəvvarənin işlək vəziyyətə gətirilməsi üçün  cari təmir işləri aparılır, tamet daşları bərpa edilir, oturacaqlar təmir olunur.

 

Keçidlər