Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti həyətdə başlanılmış abadlıq işləri başa çatdırılıb.

14 iyun 2021 | 16:00

Nəsimi rayonunda Şəhid Ruslan Cəfərovun ailə üzvlərinin yaşadığı  H.Seyidzadə küçəsi 28 saylı binanın həyətində və ətraf ərazilərdə başlanılmış abadlıq-quruculuq işləri başa çatdırılıb.

Hazırlanmış layihəyə uyğun olaraq  H.Seyidzadə küçəsi 28 saylı yaşayış binasının fasadı və dam örtüyü təmir olunub, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yağış suları axıdan navalça və borular yeniləri ilə əvəz olunub,həyətə asfalt örtüyü, qazon, tamet vurulub, yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, həmişəyaşıl kollar və ağaclar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

İcra Hakimiyyətinin başçısı qeyd olunan ünvanda olaraq sakinlərlə görüşüb, onların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər