Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadıqları binanın həyətində və mənzilində əsaslı təmir işləri davam etdirilir.

24 iyun 2021 | 16:00

Nəsimi rayonunda Vətən Müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Şəhid ailələri və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərinin yaşadıqları 20 Yanvar küçəsi 9 saylı binanın həyətində abadlıq-quruculuq  işləri davam etdirilir.

Həyata keçirilən abadlıq işləri ilə yanaşı şəhid ailəsinin yaşadığı ciddi təmirə ehtiyacı olan 2 otaqlı 45 saylı mənzilinin əsaslı təmir işləri davam etdirilir.

Rayon İH- nin Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər