Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda parklarda, yaşıllıq zolaqlarında və məhəllələrdə başlanılmış təmir işləri davam etdirilir.

30 iyun 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parklarda, yaşıllıq zolaqlarında və məhəllələrdə başlanılmış  cari təmir işləri davam etdirilir.

Hazırda 1-ci mikrorayon A.Məhərrəmov küçəsi  25 ünvanda yerləşən parkda başlanılmış təmir işləri davam etdirilir,parkın ərazisinə tamet daşları döşənir,yeni bardürlər quraşdırılır, mövcud uşaq oyun elementləri və oturacaqlar cari təmir olunur.

RİH Başçısı qeyd olunan parkda olaraq aparılan işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün müvafiq tapşırıqlar verib, həmçinin “Bizim həyət” layihəsi çərçivəsində sakinlərin istifadəsinə verilmiş Moskva prospekti 46 və Cavadxan küçəsi 1,3,5,7 binalarının əhatə etdiyi ünvandakı məhəllənin mövcud vəziyyəti ilə tanış olub, yay mövsümü ilə əlaqədar yaşıllıqlara qulluq göstərilməsi üçün aidiyyəti şəxslərlə müvafiq fikir mübadiləsi aparılıb.

Keçidlər