Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadıqları ünvanda aparılan abadlıq işləri davam etdirilir.

01 iyul 2021 | 16:00

Şəhid Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərinin yaşadıqları 20 Yanvar küçəsi 9 saylı ünvanda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq, təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

Hazırda binanın fasadında və Şəhid ailəsinin yaşadığı mənzildə əsaslı təmir işləri davam etdirilir, yağış sularını axıdan borular və navalçalar yeniləri ilə əvəz olunur, binanın girişlərinin qapı və pəncərələri dəyişdirilir, pilləkən meydançalarında təmir-bərpa işləri aparılır.

Hazırlanmış layihəyə uyğun olaraq binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda olaraq aparılan işlərin operativ və keyfiyyətlə başa çatması üçün aidiyyətı şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər