Şriftin ölçüsü :

Saytın rəngi :

M.Cəlal küçəsi boyunca parklarda və yaşıllıq zolaqlarında aparılan təmir-bərpa işləri başa çatdırılıb.

06 iyul 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən işlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün 4-cü mikrorayon M.Cəlal küçəsi boyunca mövcud parklarda və yaşıllıq zolaqlarında başlanılmış təmir və abadlıq işləri başa çatdırılıb.

Abadlıq işləri zamanı parkdakı oturacaqlar,söhbətgahlar, işıq dirəkləri, idman qurğuları və uşaq oyun elementləri təmir edilib, tamet daşları yenilənib, sanitar-təmizlik işləri aparılaraq mövcud yaşıllıqlar bərpa olunub.

Rayon İH- nin Başçısı qeyd ünvanda olaraq sakinlərin qaldırdıqları məsələlərin operativ həlli üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. 

 

 

 

Keçidlər