Şriftin ölçüsü :

Saytın rəngi :

Vaqif prospektində yerləşən parkda başlanılmış təmir-bərpa işləri davam etdirilir.

07 iyul 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Vaqif prospekti boyunca yerləşən parklarda  və yaşıllıq zolaqlarında başlanılmış təmir-bərpa işləri davam etdirilir.

Təmir-bərpa işləri zamanı tamet daşları yenilənir, oturacaqlar cari təmir edilir, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif növ idman qurğuları və uşaq oyun elementləri quraşdırılır.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd olunan parkda   olaraq təmir-bərpa işlərinin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər