Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib.

31 iyul 2021 | 16:00

Nəsimi rayonuərazisində aparılan genişmiqyaslı abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri çərçivəsində  sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayonda müasir tələblərə cavab verən yeni-yeni parklar salınır, mövcud yaşıllıqlar və parklar əsaslı təmir edilir, park və bağlarda söhbətgahlar, uşaq oyun elementləri quraşdırılır.

Son günlər Bakı şəhərində müşahidə olunan qeyri-sabit hava şəraiti paytaxt ərazisində təmizlik işlərinin aparılmasına ciddi zərurət yaratmışdır.Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtın Nəsimi rayonunda da, ümumrayon iməciliyi keçirilib.

İməclik zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud yaşıllıqlara qulluq göstərilib, işıq dirəkləri, xüsusi ilə də ticarət obyektlərinin vitrinləri, şüşəli binaların fasadları yuyulub, həmçinin küçə və prospektlərdə ümumi təmizlik işləri aparılıb.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Rayonda son illər ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.

Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər