Şriftin ölçüsü :

Saytın rəngi :

S. Pişəvəri küçəsi 12, 14, 18, 20 saylı binaların əhatə etdiyi ərazidə başlanılmış abadlıq işləri davam etdirilir.

02 avqust 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Seyid Cəfər Pişəvəri 12, 14, 18, 20 saylı binaların əhatə etdiyi ərazidə başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir.

Hazırda binaların fasadları əsaslı təmir olunur, binalarin həyətlərinə tamet daşları vurulur və yeni bardürlər qoyulur.

Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulub.

RİH başçısı qeyd olunan ünvanda olaraq sakinlərlə görüşüb, onların qaldırdıqları məsələlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.

 

Keçidlər