Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib.

08 sentyabr 2021 | 16:00

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 4 girişli Azər Əliyev 5a və 9 mərtəbəli, 8 girişli Həsən Əliyev 1d saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq ve yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq  binaların fasadları, giriş qapıları və pilləkən qəfəsləri təmir olunub. Əlil arabalarının hərəkəti üçün 4 ədəd pandus quraşdırılıb.

Görülmüş işlər çərçivəsində həyətə 1500 kv.m. asfalt örtüyü, 1000 kv.m. tamet daşı vurulub, 500 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 5 ədəd yeni zibil qutusu qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə 3 ədəd söhbətgah və 20 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 10 nöqtədə 2 lampalı işıq dirəkləri, 2 nöqtədə mühafizə kameraları quraşdırılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər