Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yaşayış binalarının və məhəllələrin təmir edilməsi istiqamətində işlər davam etdilirir.

15 sentyabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 13  ünvanda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir.

Hazırlanmış tədbirlər planına uyğun olaraq binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması, yağış sularını axıdan boru və navalçaların yenisi ilə əvəz olunması, pilləkən meydançalarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur.

RİH Başçısı qeyd olunan ünvanda olaraq təmir-bərpa işlərinin gedişi ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib. 

Keçidlər