Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yaşayış binalarının təmiri-bərpa edilməsi istiqamətində işlər davam etdilirir.

29 oktyabr 2021 | 16:00

Nəsimi rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində H.Seyidzadə küçəsi 27a saylı binanın fasadı əsaslı təmir olunub, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb, asfalt örtüyü yenilənib, binanın dam örtüyü cari təmir edilib.

Hazırda həyətdə asfalt örtüyü yenilənir,  bardür və istinad divarlarında təmir- bərpa işləri aparılır.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

 

 

Keçidlər