Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi İsmayıl Kərimli Ceyhun oğlunun Şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.

03 noyabr 2021 | 16:00

Soyad: Kərimli

Ad: İsmayıl

Ata adı: Ceyhun

Doğum tarixi: 10.10.1997

Rütbə: Əsgər

Təltifləri

«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı

 

İsmayıl Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "Su Təsərrüfatı və MKS" ixtisası üzrə ali təhsil alıb. Subay idi. İsmayıl Kərimli 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hadrut döyüşləri zamanı döyüş yoldaşlarının əhatəyə aldığı səngərə daxil olub və Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgəri öldürüb. İsmayıl Kərimli noyabrın 3-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb, nəticədə şəhid olub.

II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərimli İsmayıl ölümündən sonra "Vətən uğrunda", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə",25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə"30.12.2020 -ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Keçidlər