Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 8 noyabr- Zəfər gününə həsr edilmiş sərgi keçirilib.

06 noyabr 2021 | 16:00

Nəsimi rayonunda  8 noyabr- Zəfər günü ilə əlaqədar silsilə tədbirlər davam edir. Keçirilmiş silsilə tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyətində rayon məktəblilərinin və 2 nömrəli Uşaq İnkişaf  Mərkəzinin şagirlərinin əl işlərindən ibarət sərgi keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər iştirak edidlər. Əvvəlcə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin foyesində məktəblilərin əl işlərinə baxdıqdan sonra şəhidlər haqqında videoçarx nümayiş etdirilib .

Tədbir çay süfrəsi ətrafında davam etdirilib.   

Keçidlər