Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Tanrıverdiyev Nicat Şöhrət oğlunun doğum günüdür.

17 noyabr 2021 | 16:00

Soyad: Tarıverdiyev

Ad: Nicat

Ata adı: Şöhrət

Doğum tarixi: 17.11.1998

Şəhid olub: 09.11.2020

Rütbə: əsgər

Təltifləri

«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı

Tarıverdiyev Nicat Şöhrət oğlu – o artıq təkcə anasının yox, bütün Azərbaycanın qəhrəmanıdır. İgid əsgərimiz 1998-ci ilin noyabrın 17-də Bakıda anadan olub. 132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirib. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub. Vətən müharibəsində Talış -Suqovuşan istiqamətində savaşıb. O, elə bu istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.

Anası Şükran Faruq qızı deyir ki, oğlu qələbəyə sayılı saatlar qalmış şəhid olub: “Prezident tam qələbə qazandığımı elan etdi. Qurban demişdim, getdim onu kəsməyə. Elə ayın 10-u saat 13 radələri idi. Qurban kəsdiyim yerdə zəng gəldi, dedilər oğlun qəhrəmandır”.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş  əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarıverdiyev Nicat ölümündən sonra “Vətən uğrunda”,  29.12.2020-ci il tarixli Sərəncamına əsasən  “Suqovuşanın azad olunmasına görə” və  24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Keçidlər