Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir.

18 noyabr 2021 | 16:00

Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində H.Seyidzadə küçəsi 11,13 və 17 saylı ünvanlarda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazirda binaların fasadlarında əsaslı təmir işlərinə başlanılıb. bardürlər yeniləri ilə əvəz olunur, sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılır və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur.

RİH başçısı qeyd olunan ünvanlarda olaraq sakinlər ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər