Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun Şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.

26 noyabr 2021 | 16:00

Soyad: Rzayev
Ad: Hacırza
Ata adı: Fikrət
Doğum tarixi: 07.01.1992
Şəhid olub: 26.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Hacırza Rzayevdir.
 
Rzayev Hacırza Fikrət oğlu 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb.
2010-2012 -ci illərdə Gədəbəydə "N" saylı hərbi hissədə qulluq edib.İkinci Qarabağ müharibəsi başlayandan könüllü olaraq müharibədə iştirak edib. Füzulidə, Cəbrayılda,Hadrutda döyüşlərdə olub.

26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhid olub.
 
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rzayev Hacırza ölümündən sonra "Vətən uğrunda" və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib. 

 

Keçidlər