Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib.

28 dekabr 2021 | 16:00

Nəsimi rayonunda  Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Keçirilmiş silsilə tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyətində rayon məktəblilərinin  şagirlərinin əl işlərindən ibarət sərgi keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətindən  nümayəndələr və tələbələr iştirak edidlər. Əvvəlcə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin foyesində məktəblilərin əl işlərinə baxdıqdan sonra Nizami Gəncəvinin həyatından bəhs edən  videoçarx nümayiş etdirilib .

“Nizami Gəncəvi ili” nə həsr olunmuş “Beş Məşəl” teatr tamaşası tələbələrin ifasında böyük rəğbətlə qarşılanmış, tədbirin sonunda iştirakçılara  sertifikatlar təqdim olunmuşdur.

Keçidlər