Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq quruculuq işləri davam edir

24 avqust 2016 | 16:00

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Hal-hazırda 1-ci  mikrorayon, Moskva  prospekti 52-58-62-70-74-82-86, Cavadxan küçəsi 1 ünvanlarında, 2-ci mikrorayon Cavadxan küçəsi 58-60 ünvanlarında, 4-cü mikrorayon H.Seyidzadə küçəsi 16a-18a-20a ünvanlardakı binalarda əsaslı təmir işləri aparılır, binalarda eyvanlar təmir edilir, binaların qapı və pəncərələri yenilənir. Binaların dam örtükləri təmir edilir,  yağış sularını axıdan su novalçaları və borular yeniləri ilə əvəz olunur. Blokların girişlərinə qapılar qoyulur və pəncərələri yenisi ilə əvəz olunur, pilləkən qəfəsləri tam təmir edilir. Təmir edilən  binaların fasadları yüksək keyfiyyətli boya ilə rənglənir.

Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Keçidlər