Şriftin ölçüsü :

Saytın rəngi :

"Bilik günü” Nəsimi rayonu 5 N-li tam orta məktəbdə də təntənə ilə qeyd edildi

15 sentyabr 2016 | 16:00

"Bilik günü”  Bakı şəhəri 5 N-li tam orta məktəbdə də təntənə ilə qeyd edildi.

Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür.

Məktəbə ilk dəfə 218 şagird əlinə çanta alaraq yolandılar.

“Bilik günü”nə həsr edilmiş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə etdi. Tədbir şagirdlərin ifasında rəngarəng rəqslər və mahnılarla müşayət olundu.

Keçidlər