Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon ictimaiyyəti Akademik Milli Dram Teatrında

27 yanvar 2017 | 16:00

Gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər təşkil edilib keçirilir.

 Nəsimi rayon ictimaiyyətinin, xüsusilə gənclərin  iştirakı ilə   yanvar ayının 27-də  Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasına baxış keçirilmişdir.

İki hissəli qara komediyanın quruluşçu rejisoru əməkdar artist Firudun Məhərrəmov, rejisoru Əlif Cahangirli, qurluşçu rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub.

Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

Keçidlər