Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqili anım mərasimi keçirilib

25 fevral 2017 | 16:00

Fevralın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqili anım mərasimi keçirilib. Tədbir Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

Mərasimdə Bakı Musiqi Akademiyasının dirijoru Fuad İbrahimovun rəhbərliyi altında Gənclər Kamera Orkestrinin müşayiətilə C.Albinoninin “Adajio”, İ.Baxın “Ariya”, F.Şopenin “Noktyurn c-moll”, F.Əmirovun “Nizami” simfoniyasından final hissə, V.Adıgözəlovun “Qərənfil”, “Şuşa”, M.Mirzəyevin “Dahi ustad Ü.Hacıbəyliyə ithaf”, A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin göz yaşları”, Fərhad Bədəlbəylinin “Ave-Mariya” əsərləri səsləndirilib.

Tədbir Qara Qarayevin “Matəm Odası” ilə yekunlaşıb.

Keçidlər