Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin konfransı keçirilmişdir.

18 aprel 2017 | 16:00

Hesabat məruzəsi ilə çıxış edən Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar  İttifaqı Nəsimi rayon Komitəsinin sədri Aygün Məmmədova bildirdi ki, Azərbaycan xalqının Ümumilli lideri, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni tarixi şəraitə uyğun davam etdirilməsi nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, paytaxtımız və  regionlarımız tamamilə simasını dəyişmidir. Natiq qeyd etmişdir ki, hesabat dövründə “Həmkarlar ittifaqlarının həyatında da əsaslı dəyişikliklər baş vermişdir. 10 Həmkarlar İttifaqını ətrafında birləşdirən rayon komitəsinin üzvlərin sayı 255 nəfər işçini əhatə etmişdir.
Hesabat dövründə ( yanvar 2015-aprel 2017) 28 nəfər  üzvə  məzuniyyət müddəti dövründə “Ülfət”, “Flaqman”, “Venesiya” və “Mayak” istirahət mərkəzlərinə, 25 nəfər üzvə isə “Bilgəh”, “Abşeron”, “Naftalan” və “Günəşli” müalicə sanatoriyalarına yollayışlar verilmişdir.
Hesabat dövrü ərzində nəzərdə tutulan üzvlük haqqlarının yığılması təmin edilmiş, Respublika Komitəsinin nizamnaməsinə uyğun olaraq ayırmalar  vaxtında köçürülmüşdür.          
Sonra Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar   İttifaqı Nəsimi rayon Komitəsinin təftiş komissiyasının sədri Qədir  İsayev hesabat məruzəsi  ilə çıxış edərək komissiyanın gördüyü işlər barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
Hesabat məruzələrinə dair çıxışlardan sonra yenidən Aygün Məmmədova Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin sədri, Qədir İsayev isə təftiş komissiyasının sədri seçildi.
Konfransda Dövlət İdarələri və İctimai Xidmət  İşçiləri Həmkarlar   İttifaqının VI qurultayına nümayəndələr seçilmişdir.

 

Keçidlər