Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq artisti Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert proqramı

02 may 2017 | 16:00

Görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyi ilə əlaqədar Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində konsert proqramı keçirilmişdir.
Konsert proqramının keçirilməsində məqsəd  Azərbaycan xalqının görkəmli bəstəkarı Tofiq Quliyevin musiqi xəzinəmizin inciləri hesab edilən mahnıları, operettaları, estrada pyesləri ilə gəncləri tanış etmək, müasir dövrdə qarışıq və qeyri-peşəkar musiqilərin ayaq tutub yeridiyi  bir zamanda onların musiqi zövqünün formalaşmasında tərbiyəvi əhəmiyyət daşıdığını çatdırmaq, yaradıcı və istedadlı yeniyetmələri üzə çıxarmaqdır.
Konsertdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin nümayəndələri iştirak edirdilər.
Konsert proqramında bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələrinin,  İncəsənət Gimnaziyasının və Qara Qarayev adına 8 saylı musiqi məktəbinin şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət canlı musiqi (vokal, estrada, caz, orkestr, kinofilmlərdən musiqi) və rəqs nömrələri təqdim edildi.
Akademiyanın foyesində görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi təşkil olunmuşdur. Sərgidə mərkəzin Təsviri Sənət Qalereyasında dərnək üzvlərinin 40 rəsm əsəri nümayiş etdirilmişdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında keçirilən tədbirdə fəal çıxışlarına görə tələbə və şagirdlər Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları ilə təltif olundular.

Keçidlər