Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilmişdir.

10 may 2017 | 16:00

Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir.  Bu iməclikdə  məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.
    10 may günündə keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı  Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, Cavadxan, H.Seyidzadə, Ü.Haçıbəyov küçələrində, park və bağlarda 45.000 gül kolu, 500-dən artıq şam və sərv ağacları, 1500  kv.m-dən çox qazon otu  vurulmuşdur.
    Nəsimi rayonunda son illər genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlərdə sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. Rayonda  yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

Keçidlər