Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır.

Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 10 kvadrat kilometrdir.
Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı bu rayonda yerləşir.
Şəhər Metropoliteninin "28 May", "C.Cabbarlı", "20 Yanvar" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.

Bakıdakı Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Respublika Velotreki rayonun tanınmış idman obyektlərindəndir.
Paytaxtın mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına müsbət təsir göstərmişdir. Hazırda rayon ərazisində 10-dan artıq istirahət parkı mövcuddur.
Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə də paytaxtda birincidir. Rayonda 8 ali təhsil müəssisəsi, onlarla ümumtəhsil məktəbi və uşaq bağçası fəaliyyət göstərir.

Paytaxtdakı mühüm səhiyyə ocaqlarının da əksəriyyəti Nəsimi rayonunun ərazisində yerləşir. Burada çoxlu sayda elmi-tədqiqat tibb institutu, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.

1969-cu ildə Nəsimi rayonu yaradılarkən burada 100-dən çox sənaye, tikinti və nəqliyyat müəssisəsi fəaliyyət göstərirdi. 70-ci illər bütün Azərbaycanda olduğu kimi, Nəsimi rayonunda da sənaye və iqtisadiyyatın yüksəliş dövrü olmuşdur. Rayon ərazisində ölkə əhəmiyyətli bir neçə sosial-mədəni obyekt yerləşir. Onlardan ən mühümü "Heydər Əliyev adına Saray"dır. Milli memarlıq elementləri ilə müasirliyin cizgilərini özündə üzvi şəkildə birləşdirən bu sarayın qarşısındakı parkda Heydər Əliyevin əzəmətli abidəsi ucalır. Bundan əlavə Bakıda yeganə sirk - Bakı Dövlət Sirki və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da Nəsimi rayonu ərazisindədir.
 

Keçidlər