Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın üzvləri

Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri:

Şuranın sədri:

Rəhimov Elnur Fidail oğlu, 1989-cu il təvəllüdlü, Bakı şəhər Nəsimi rayon sakinidir. 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirmişdir. 2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirmişdir. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olmuşdur.Ailəlidir 2 övladı var.
 

 

 

Şuranın sədr müavini:


Süleymanov Elton Sənətkar oğlu1991-ci il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 1999-cu ildə Cəlilabad rayon, Əliabad kənd ümumi orta məktəbin birinci sinifinə qəbul olmuş. 2010-cu il tarixində məktəbi bitirmişdi. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasina daxil olmuş. 2017-ci ildə həmin akademiyanın məşqçi və müəllim ixtisası üzrə bakalavr səviyyəsini bitirmiş. 2020-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin menecment ixtisasına daxil olmuş. 2012-ci ildən biznes fəaliyyəti ilə məşğul olmuş. “Yeni ailə” MTK-da direktor müavini vəzifəsində çalışır. 2010-cu ildə ictimai fəaliyyətlə məşğuldur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Hərbi mükəlləfiyyətlidir. Subaydır.

 

Şuranın sədr müavini:

 

Quliyeva Sevda Qəzənfər qızı 1956-cı il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 1973-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədbiyyatı İnstitutuna daxil olmuş və 1977-ci ildə həmin institutu «Rus dili və ədəbiyyatı müəllimi» ixtisası ilə bitirmişdir. 1977-ci ildə Tərtər rayonu Qaradağlı kənd orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlamış. 1984-ci ildə 174№-li orta məktəbdə Pioner baş dəstə rəhbəri kimi pedaqoji fəaliyyətinə davam etmiş. 1987-ci ildə 174№-li orta məktəbdə direktor vəzifəsinə təyin olunmuş. 2000-ci ildə Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən Nəsimi rayonu 41№-li orta məktəbdə (hazırki İlyas Əfəndiyev adına Elitar gimnaziyada) direktor vazifəsində işləmişdir. 2004-cü ildə təhsilə rəhbərlikdə əldə etdiyim nailiyyətlərə görə «Əməkdar müəllim» faxri adı ilə mükafatlandırılmışam. 2004-cü ildən Azərbaycan Respublikası Tahsil Problemləri Institutunun elmi rəhbərliyi ila dissertant kimi «Yeni tipli təhsil müəssisələrində keyfiyyətin idarə olunmasının elmi-pedaqoji əsasları» mözusunda dissertasiya üzərində işləyir. Ailəliyəm, üç övladım var.

 

Şuranın katibi:


Hacıyeva Gülnarə Həsənqulu qızı,1962-ci il təvəllüdlü, Bakı şəhər Nəsimi rayon sakinidir. 1983-cü ildə Bakı məktəbə qədər Pedaqoji Texnikomunu bitirib.1985-1989-cu illərdə Kərimbəyli kənd uşaq bağçasının müdiri vəzifəsində çalışıb. 1990-cı ildən Nəsimi rayon 123 saylı uşaq bağçasında tərbiyyəçi işləyir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

 

 

Şuranın üzvləri:

 

Novruzova Lətifə Qaraş qızı

 

 1952-ci ildə təvəllüdlü Nəsimi rayon sakinidir. 1960-cı ildə  Kürdəmir rayonunun orta məktəbini bitirmişdir. 1994-cü ildə 2 övladı bir gündə Kəlbəcərdə gedən döyüşlərdə qəhrəmancasına həlak olublar. 1986-cı ildən indiyədək Azərbaycan Tibb universitenin 5 saylı yataqxanasında texniki işçi vəzifəsində işləyir.

Şəhid övladları  göstərdiyi şücaətə görə dövlət tərəfindən Azərbaycan bayrağı ordeni ilə təltif olunub. Nərimanov rayonundakı 36 nömrəli məktəb adlarını daşıyır. 1 oğlu və 2 nəvəsi var. 

 

 

 

Əliyev Səxavət Yusif oğlu

 

1966-cı il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 1983-cü ildə orta məktəbi bitirmişdir. 1990-cı ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Kiçik sahiblarlıqla məşğuldur. Ailəlidir, 1 övladı var. Şəhid atasıdır. Oğlu Əliyev Rauf Səxavət oğlu 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.

 

 

 

Həmidova Firəngiz İsmayıl qızı

1956-cı təvəllüdlü, Bakı Şəhər Nəsimi rayon sakinidir.
1976-1981-ci illərdə isə M.F.Axundov adına "Rus dili və ədəbiyyatı" Institutunda təhsil alaraq, "rus dili və ədəbiyyatı müəllimi, eləcə də sinifdənxaric işlər üzrə metodist" ixtisasına yiyələnmişdir. 1983-cü ildən 1989-cu ilədək Nizami rayonu 129 nömrəli tam orta məktəbədə müəllim, 1989-1995 ci illərəd isə həmin məktəbəd direktor müavini vəzifəsində çalışmışdır. 1995-ci ildən 1997-ci ilin may ayınadək Xətai rayonu 24 nömrəli tam orta məktbdə direktor vəzifəsində çalışmışdır. 1999-cu ilin iyun ayından isə Nəsimi rayon Təhsil Şöbəsində Metodiki Mərkəzin direktoru, həmin ilin dekbar ayından bu günədək Nəsimi rayonu İ.Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. Rəhbərlik etdiyi İ.Əbilhəsənov adına 42 N-li tam orta məktəb 2010/2011-ci dərs ilində Prezident Fərmanı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüşdür. Əmək fəaliyyəti dövrümdə bir sıra fəxri fərman və diplomlarla təltif olunmuşam. 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunmuşdur.

 

 

 

Musayev Mehman Məhəmməd oğlu

1991-ci il təvəllüdlü,Bakı Şəhər Nəsimi rayon sakinidir. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat universitetini Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini bitirmişdir. 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat universitetinin nəqliyyat tikintisi mühəndisliyi fakültəsini bitirmişdir. Hərbi mükəlləfiyyətlidir. 2013-cü ildə “Azəryolservis” ASC-nin İsmayıllı 10 saylı yol istismar idarəsində mühəndis-texnoloq və əməyin mühafizəsi vəzifəsində, 2014-cü ildə “Körpü-bina Tikinti” MMC-də sahə ustası, 2016-ci ilin may ayınadək Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin Avtomobil Yollarının İstismarı İdarəsinin Magistral Avtomobil Yolları şöbəsində mütəxəssis, 2016-cı ildən Azərbaycan “Azəravtoyol” ASC-də mühəndis vəzifəsində çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin tələbəsidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 övladı var.

 

 

 

Əliyev Ərtoğrul Ceyhun oğlu
1999-cu il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 2016-ci ildə Nəsimi rayonu 42 nömrəli tam orta məktəbi bitirmişdir. 2018-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsidir. Subaydır.

 

 

Sadıqov Nicat Ramiz oğlu

1986-cı il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 2003-cü ildə 284 nömrəli məktəbi bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit fakültəsini bitirmişdir. 2008-2019-cu illər ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ildən “Malibu MMC”-də direktor müavini vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var.

 

 

Calalov Mirhaşim Rəhim oğlu

1984-cü il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 2006-cı ildə Azərbaycan Beynəlxaq Universitetinin Müalicə işi fakültəsini bitirmişdir. 2006-2007-ci illərdə Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsində nefrologiya üzrə internatura kursunu keçmişdir.2005-2006-cı illərdə Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsində tibb qardaşı, 2007-2011-ci illərdə Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsində həkim-nefroloq, 2011-2013-cü illərdə Klinik Tibbi Mərkəzin Hemodializ şöbəsində həkim-nefroloq, 2013-cü ildən 2020-ci ilin sentyabr ayınadək həmin şöbənin müdiri vəzifəsində çalışmışdır. 2020-ci ilin sentyabr ayından  Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ şöbəsinin müdiridir. Səhiyyə Nazirliyinin Hemodializ üzrə Komissiyasının üzvü, Hemodializ xəstələri üçün məlumat kitabçasının həmmüəllifi. Müxtəlif elmi konfransların iştirakçısıdır.Klinik Tibbi Mərkəzin Yeni Azərbaycan Partiyasının Dayaq Nöqtəsinin sədr müavinir.Subaydır.

 

 

Rüstəmov Tahir Aydın oğlu

1959-cu il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. 1977--1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində, 1984-1986-cı illərdə Azərbaycan KP MK Marksizm-Leninizm Universitetinin jurnalistika şöbəsində oxumuş, hər iki məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə ABŞ Dövlət İnformasiya Agentliyində, 2010-cu ildə Misirdə Qahirə Universitetində 1 aylıq jurnalistika kursları keçmiş, 2000--2002-ci illərdə Fransanın Lill Ali Jurnalistika Məktəbinin təlimçi ixtisası almışdır. 1983--1988-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində AzTV- nin xəbərlər baş redaksiyasında kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində işləmişdir. 1988-ci ildə ölkənin avanqard "Xalq qəzeti" (keçmiş "Kommunist" qəzeti) redaksiyasına dəvət olunmuş, baş müxbir, bölgə müxbiri, baş redaktorun birinci müavini vəzifələrində çalışmışdır. Sonrakı dövrdə redaksiya strukturundakı dəyişikliklə əlaqədar fəaliyyətini məsul əməkdaş, redaksiya heyətinin üzvü kimi davam etdirir. Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına, Ali Media, Həsən bəy Zərdabi və "Araz" yaradıcılıq mükafatlarına layiq görülüb. Azərbaycan Mətbuat Şurası nəzarət-təftiş komissiyasının sədri, Ahil Jurnalistlər Məclisi sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondunun və Dövlət İmtahan Mərkəzinin ekspertidir. 40 ildən artıq jurnalist-publisist fəaliyyətim dövründə müxtəlif mövzulu və janrlı çoxsaylı teleradio süjet və verilişinin, 1000-dən çox qəzet-jurnal yazısının, media tarixinə dair 10-dan artıq kitabın müəllifidir. Prezident İlham Əliyevin liderlik fəaliyyətinin salnaməsi olan "Böyük siyasətin davamı" çoxcildliyinin 7 cildinin nəşriyyat redaktoru, bir sıra kitabların redaktoru olub.

 

 

Yusifov Alik Elşən oğlu

1995-ci il təvəllüdlü Bakı şəhər Nəsimi rayon sakinidir. Orta təhsilimi 2001-2009-cu illərdə Bakı şəhəri, Yasamal rayonu 53 saylı tam orta məktəbdə almış. 2009-2012-ci illərdə təhsilimi Cəmşid Naxçıvanski adına hərbi liseyde davam etdmişdir. 2012-2016-cı illərdə isə Azərbaycan Ali Hərbi məktəbində təhsilini davam etdirmiş. 2016-cı ildən 2020-ci ilə qədər Azərbaycan ordusunda zabit qismində müxtəlif vəzifələrdə xidmət etdirmişdir. 2020-ci il Vətən müharibəsində Azərbaycan Respublikası Dəniz xüsusi təyinatlıları (SAH) nəzdində Xüsusi Təyinatlı Kəşfiyyatçı dalğıc təxribat qrupunun komandiri vəzifəsində  müharibədə iştirak etmiş, bir çox kənd və Qubadlı şəhərini qrupumun iştirakı ilə azad etmiəsində iştirak etmişdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzuli”, “Cəbrayıl”, “Qubadlı”, “Xocavənd” rayonlarının azad olunmasına görə medal o cümlədən “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Ağır yaralandığı üçün xidmətə fiziki yararlı olmadığından II qrup əlillik dərəcəsi ilə hərbi xidmətinə sonlandırmağıma məcbur qalmışdır.

 

 

Keçidlər