Könüllülük fəaliyyəti
E L A N
Hörmətli gənclər!
Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Nəsimi Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşlı gəncləri “Sən də Könül ver” layihəsinə dəvət edir.
Namizədlər üçün tələblər:
İntizamlılıq;
Xoşrəftarlılıq;
Ünsiyyətcillik;
Operativlik;
Kollektivdə işləmək bacarığı;
Təşkilatçılıq;
Təşəbbüskarlıq;
Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00-13:00 – birinci növbə
- 14:00-18:00 – ikinci növbə
Könüllülər sırasına qoşulmaq istəyən gənclər nasimi-ih.gov.az/ saytında "Elanlar" bölməsinə daxil olaraq “Könüllü anketi”ni doldurub nesimi.rih@gmail.com elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
KÖNÜLLÜ ANKETİ
- Email: nesimi.rih@gmail.com
- Facebook: https://www.facebook.com/nesimi.konullu/
- Əlaqə telefonları: (+994 12) 440-73-20 ; (+994 12)440-83-57