Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq məlumatlar

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin 2022-ci il üzrə hesabatı

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində məqsədyönlü  tədbirlər həyata keçirilmişdir.

Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyətinin 2022-ci il üçün İş Planı hazırlanaraq təsdiq edilmişdir. Müəyyən edilmiş sahələr üzrə RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxslərinin fəaliyyətləri nəzarətdə saxlanmışdır. Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin fəaliyyəti, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması  barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, rayon İcra Hakimiyyətinin  hesabatlarının müdəmadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet səhifəsində, o cümlədən  yaradılmış “Açıq məlumatlar” bölməsində açıqlanması təmin edilmişdir.

Rayon İcra Hakimiyyətinin fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunmuş, iştirakçıların rəy və təklifləri öyrənilərək müvafiq qərarlar verilmişdir. 2022-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilmişdir. Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr  Veteranları Şurasının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri İctimai Birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Ağsaqqallar Şurasının, «Qızıl Aypara», Korlar cəmiyyətinin, Əlillər cəmiyyətlnin, Çernobıl əlilləri və 20 Yanvar əlilləri cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərləri və nümayəndələri təşkil olunan tədbirlərdə yaxından iştirak etmişlər.

Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya, qərargah və işçi qruplarında, şəhidlərimizin doğum və anım günləri ilə bağlı tədbirlərdə, Nəsimi rayonunda yaşayan şəhid ailələrinə,  Qarabağ müharibəsi əlillərinə,  rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, aztəminatlı şəxslərə  dəstək aksiyalarında qeyri-hökumət təşkilatlarının nümyəndələrinin iştirakı təmin edilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı yanında Şurada vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunaraq kollegial qərarların qəbulu prosedurlarında iştirakları təmin edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın  yığıncaqları keçirilmiş, rayonda aparılan abadlıq işlərinin layihələri, şəhid ailələrinə, qazilərə göstərilən xidmətlər, gender, məişət zorakılığı, uşaq hüquqları məsələləri barədə müzakirələr aparılmışdır.

Hesabat dövründə Rayon İcra Hakimiyyəti başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Dövlət qulluqçularının iştirakı ilə peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi, etika, antikorrupsiya məsələlərini əhatə edən mövzular üzrə təlimlər, müşavirələr, fərdi söhbətlər həyata keçirilmişdir.

Hesabat ilində etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır. İllik hesabat Azərbaycan Respublikasının Dövlət İmtahan  Mərkəzinin  Direktorlar Şurasına təqdim edilmişdir.

Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi  ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin müvafiq proqram təmunatı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Vətəndaşların müraciətlərinin elektron qaydada qəbul edilməsi işinin təkmilləşdirilməsi sahəsində müvafiq işlər aparılmış, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanı yaradılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Milli Fəaliyyət Planının icrası ilə bağlı illik  hesabat Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə təqdim olunmuşdur.

 

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində görülmüş işlər üzrə hesabat

 

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində müvafiq  tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

2021-ci il üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanaraq təsdiq edilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə fəaliyyətləri nəzarətdə saxlanmışdır. Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların müdamadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, rayon İcra Hakimiyyətinin  hesabatlarının İnternet səhifəsində açıqlanması, müşavirə, yığıncaq və görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının qəbullarında, yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə müvafiq qərarlar verilir. 2021-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının mütəmadi olaraq iştirakı təmin edilir. Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr  Veteranları Şurasının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərləri və nümayəndələri təşkil olunan tədbirlərdə yaxından iştirak etmişlər. 2021-ci il ərzində, xüsusilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı karantin dövründə Nəsimi rayonunda yaşayan şəhid ailələrinə,  Qarabağ uğrunda gedən müharibə əlillərinə,  II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə  dəstək aksiyalarında qeyri-hökumət təşkilatlarının nümyəndələrinin iştirakı təmin edilmişdir.

Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya, qərargah və işçi qruplarında, Rayon İcra Hakimiyyəti başçısı yanında Şurada vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunaraq kollegial qərarların qəbulu prosedurlarında iştirakları təmin edilir. Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura fəaliyyətini davam etdirmişdir.

Hesabat dövrü ərzində dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.  Antikorrupsiya məsələləri üzrə əməkdaşlarla fərdi söhbətlər aparılmış, treninq, müşavirə keçirilmiş və hazırda da bu işlər davam etdirilir. Ötən dövrdə etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.

Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi  ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin mərkəzləşmiş qayadada müvafiq proqram təmunatı çərçivəsində RİH tərəfindən həyata keçirilməsi  nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə işlər aparılır.

Vətəndaşların müraciətlərinin elektron qaydada qəbul edilməsi işinin təkmilləşdirilməsi müvafiq qaydada  həyata keçiriləcəkdir.

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə hesabat təqdim olunmuşdur.

Keçidlər