Şriftin ölçüsü :

Saytın rəngi :

Etik hesabat

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2014-cü il üçün

     İŞ PLANI

Sıra№si   Tədbirin adı Tədbirin mövzusu Tədbirin vaxtı Tədbirin keçirildiyi yer
1 Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri və 1,2,3 nömrəli SİƏD üzrə nümayəndəliyinin işçiləri üçün təlimlərin keçirilməsi Peşəkarlıq və fərdi  məsuliyyətin artırılması yanvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalı
2 Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri və 1,2,3 nömrəli SİƏD üzrə nümayəndəliyinin işçiləri üçün təlimlərin keçirilməsi Dövlət qulluqçularının etik davranış qaydaları  haqqında qanunun müddəaları, tələbləri ilə ümumi tanışlıq  mart Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalı
3 Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri və 1,2,3 nömrəli SİƏD üzrə nümayəndəliyinin işçiləri üçün təlimlərin keçirilməsi Korrupsiyanın anlayışı,
qarşısının alınması
may Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalı
4 Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri və 1,2,3 nömrəli SİƏD üzrə nümayəndəliyinin işçiləri üçün təlimlərin keçirilməsi Maraqlar toqquşmasının qarşısının alınması iyun Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalı
5 Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri və 1,2,3 nömrəli SİƏD üzrə nümayəndəliyinin işçiləri üçün təlimlərin keçirilməsi İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət iyul Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalı
6 Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri və 1,2,3 nömrəli SİƏD üzrə nümayəndəliyinin işçiləri üçün təlimlərin keçirilməsi Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi avqust Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalı
7 Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri və 1,2,3 nömrəli SİƏD üzrə nümayəndəliyinin işçiləri üçün təlimlərin keçirilməsi Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər oktyabr Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalı
8 Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri və 1,2,3 nömrəli SİƏD üzrə nümayəndəliyinin işçiləri üçün təlimlərin keçirilməsi Vicdanlı və mədəni davranış noyabr Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalı


Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik davranış
məsələləri ilə əlaqədar  2013-cü ildə görülən işlər haqqında məlumat.

Hesabat ilində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 21-ci maddəsinə əsaslanaraq, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatında  bir sıra işlər görülmüşdür.  Rayon İcra Hakimiyyətinin başçısı Aparatında dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına, uyğunluğuna nəzarət edən və onun təhlilini aparan məsul şəxs- etik müvəkkilin 2013-cü il üçün İş Planı təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10-cu bəndinə uyğun olaraq, Aparatda çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda treninqlər keçirilmişdir:
- Etik davranış qaydaları prinsipləri və onlara əməl edilməsi;
- Korrupsiyanın qarşısının alınması, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət;
-  Maddi və qeydi maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi;
- Vicdanlı və mədəni davranış, qərəzsizlik;
- Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər;
- İctimai və siyasi fəaliyyət;
- Maraqlar toqquşmasının qarşısının alınması
     Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 03.09.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na əsasən, 25 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmiş, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Aparatın  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəlilov Zahid Əziz oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
2013-cü ildə etik davranış qaydalarının pozulması ilə əlaqədar Rayon İcra Hakimiyyətinə heç bir şikayət daxil olmamışdır.

 

  2018-ci ildə görülən işlər haqqında məlumat

Azərbaycan  Respublikası Prezidentinin 27 aprel  2016-cı  il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2018-ci il ərzində zəruri tədbirlər həyata keçirilmişdir.

Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə fəaliyyətləri nəzatətdə saxlanmış, şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların müdamadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik, rüblük hesabatlarının İnternet səhifəsində açıqlanması, il ərzində mütəmadi olaraq toplantı və yığıncaqlarda ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilir və müvafiq qərarlar verilir. 2018-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir. RİH Başçısının 1 nömrəli, 2 nömrəli və 3 nömrəli nümayəndəliklərinin illik hesabatları 2018-ci ilin yanvar ayında geniş müzakirə edilmiş, görülən işlər barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Rayon İcra Hakimiyyətinin 2017-ci ilin yekunlarına dair hesabatı 01.02.2018-ci il tarixdə şuranın geniş iclasında müzakirə edilmiş, yığıncaq iştirakçılarına və ictimaiyyət nümayəndələrinə görülmüş işləri əks etdirən film və 68 səhifəlik “Nəsimi” xüsusi buraxılışı (jurnal) təqdim edilmişdir.

Dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür.
Dövlət qulluqçularının peşıkarlılığının və onların ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi sahəsində işlər davam etdirilmiş və 2018-2019-cu tədris ilində rayon İcra Hakimiyyətinin iki əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistratura səviyyəsində qiyabi bölməyə qəbul olunmuşdur. Etik davranış məsələləri üzrə illik hesabat hazırlanaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim edilmişdir.

 

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik davranış
məsələləri ilə əlaqədar  2019-cu ildə görülən işlər haqqında məlumat.

 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Dövlət qulluqçularının iştirakı ilə peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi, etika, antikorrupsiya məsələlərini əhatə edən mövzular üzrə treninqlər, müşavirələr, fərdi söhbətlər həyata keçirilmişdir

2019-cu il ərzində etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik davranış
məsələləri ilə əlaqədar  2021-ci ildə görülən işlər haqqında məlumat.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.

Qanunun icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Cari il ərzində vəzifə borcunun səmərəli yerinə yetirilməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, qərəzsizlik və digər etik davranış qayda və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə treninqlər, müşavirələr, fərdi söhbətlər, həyata keçirilmişdir.

2021-ci il ərzində etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.

 

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik davranış
məsələləri ilə əlaqədar  2022-ci ildə görülən işlər haqqında məlumat.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin  2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar dövlət qulluqçularının iştirakı ilə peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi, etika, antikorrupsiya məsələlərini əhatə edən mövzular üzrə təlimlər, müşavirələr, fərdi söhbətlər həyata keçirilmişdir.

2022-ci il ərzində etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Etik davranış
məsələləri ilə əlaqədar  2023-cü ildə görülən işlər haqqında məlumat.

2023-cü il ərzində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə Qanunun icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi məqsədilə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin  2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar vəzifə borcunun səmərəli yerinə yetirilməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması,  vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, qərəzsizlik və digər etik davranış qayda və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə treninqlər, müşavirələr, fərdi söhbətlər, həyata keçirilmiş, RİH-nin hesabatlarında məlumatlar verilmişdir.

Hesabat dövründə etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.

Dövlət qulluqçularının etik davranış məsələləri mövzularında keçirilən təlimlərə dair məlumatlar Dövlət İmtahan Mərkəzinə təqdim olunmuşdur.

Keçidlər