Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi RİH-in məsul əməkdaşları 1 nömrəli Körpələr Evinə baş çəkiblər.

31 may 2023 | 09:35

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə  rayon İcra Hakimiyyəti tərəfindən hər il uşaqlar üçün maraqlı bayram tədbirləri  keçirilir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində  rayon İcra Hakimiyyəti tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 nömrəli Körpələr Evinə  bayram sovqatı  aparılmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Gülarə Verdiyeva və Nəsimi rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı  Körpələr Evində olmuş,  valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış,  müxtəlif oyun elementləri və maddi yardımlar aparmışlar. Tədbirin sonunda Körpələr Evinin rəhbərliyinə bu cür tədbirlərin davamlı şəkildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində olacağı bildirilmişdir.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 

Yekunda tədbir iştirakçıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər