1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi RİH-in məsul əməkdaşları 1 nömrəli Körpələr Evinə baş çəkiblər.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən hər il uşaqlar üçün maraqlı bayram tədbirləri keçirilir.
Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 nömrəli Körpələr Evinə bayram sovqatı aparılmışdır.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və Nəsimi rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı Körpələr Evində olmuş, valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış.
Körpələr Evinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.