Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş və 7 yaşlı uşaqlar arasında idman yarışı keçirilmişdir.

19 iyun 2023 | 09:51

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Konvesiyaya qoşulmaq ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş və 7 yaşlı uşaqlar arasında  idman yarışı  keçirilmişdir.

Keçirilən yarış Bakı şəhərinin bütün rayonları (Nəsimi, Nərimanov, Sabunçu, Qaradağ və.s) üzrə nəzərdə tutulub. Hər komandada beş qız və beş oğlan olmaqla yarış iştrakçıları qaçış, uzunluğa tullanma, atma və.s idman növlərində öz qüvvələrini sınayıblar. Yarış iştiakçılarıının hamısı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif hədiyyə və mükafatlarla təltif olunublar.

Birinci, ikinci və üçüncü yerin qalibləri isə kubok, diplom və medallarla mükafatlandırılıb.

Birinci yerin qalibləri Nizami rayonu üzrə Nizami komandası, ikinci yerin qalibləri Nəsimi rayonu üzrə 14 nömrəli məktəbin Zəfər komandası, üçüncü yerin qalibləri isə Nərimanov rayon məktəbinin şagirdləri olub. Hər üç komandanın qalibləri medal və diplomlarla təltif olunublar.

Keçidlər