Fövqəladə hallar zamanı özünü necə aparmalı
12.02.2013-cü il tarixdə Nəsimi rayonu 240№li tam orta məktəbdə BŞTİ və FHN-nin birgə layihəsi və qarşılıqlı razılığı əsasında Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli xilasetmə xidməti keçirilmişdir. Məktəbin direktoru E.Ə.Məmmədova giriş sözü ilə çıxış edərək bildirmişdir ki, tədbirin məqsədi və mahiyyəti məktəbdə müəllim və şagirdlərlə maarifləndirmə apararaq partlayıcı maddələrin aşkar olunması zamanı insanların davranış qaydaları, texniki təhlükəsizlik qaydalarına riayət etməklə fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk və təxirəsalınmaz yardım göstərilməsi haqqında onları məlumatlandırmaqdır. Tədbir zamanı FHN Xüsusi Riskli xilasetmə xidmətinin rəis müavini general-mayor Kamil Bağırov, ictimaiyyətlə əlaqə sektorunun müdiri Cəlal Həmzəyev, şöbə müdiri mayor Aydın Əliyev, baş məsləhətçilər Nailə Əsədova, Ziya Rzayev çıxış etdikdən sonra keçirilmiş xilasetmə əməliyyatlarından hazırlanmış video görüntülər nümayiş etdirilmişdir. Sonda praktik hissədə FHN-nin xüsusi təyinatlı nəqliyyat vasitələri nümayiş etdirilmiş və şagirdlərə istifadə qaydalar haqqında məlumat verilmişdir.
“Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda tədbir