Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon Məşğulluq Mərkəzi mütəxəssisləri tərəfindən tam orta məktəblərdə peşəyönümünü məşğələlərinin keçirilməsinə başlanmışdır

20 may 2017 | 16:00

Bakı şəhər Məşğulluq İdarəsinin təsdiq etdiyi qrafik üzrə Nəsimi rayon Məşğulluq Mərkəzi orta məktəblərdə peşəyönümü məşğələlərinin keçirilməsinə başlamışdır. Mərkəzin mütəxəssisləri tərəfindən 19 may  2017-ci il tarixdə Nəsimi rayonu  46 saylı tam orta məktəbdə  64 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələ keçirilmişdir. Məşğələdə 46 saylı tam orta  məktəbin direktoru Sevinc Budaqova, Mərkəzin Direktoru Emin Mahmudov, Nəsimi rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Müşviq Kərimli, Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı sektorunun böyük məsləhətçisi S.Şəmmədova şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, prespektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat vermiş, peşəyönümü haqqında əyani vəsaitlər paylamışdırlar.Eyni zamanda yuxarı sinif şagirdlərinin ”Peşə seçimində  valideynlərin rolu” mövzusunda  tədbir davam etdirilmişdir. Məşğələ şagirdlər tərəfindən maraqla qarşılanmış və sual-cavabla yekunlaşmışdır. Bu mövzuda  tədbirlər qrafikə uyğun olaraq digər orta məktəblərdə də davam etdiriləcəkdir.

Keçidlər