Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

24 may 2017 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım! 

İcazə verin Sizi - Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş bir şəxsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və uğurla başa çatması, Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən  təbrik  edək. 
Azərbaycan həmişə İslam dünyasında öz yeri, mövqeyi olan ölkə olub və öz rolunu bu gün də layiqincə davam etdirməkdədir. Azərbaycanın dünyanın tərəqqisinə verdiyi zəngin töhfələrdən İslam aləmi də yetərincə bəhrələnmişdir. Ayrı-ayrı müsəlman ölkələrini müxtəlif formatlarda bir araya gətirən siyasi-iqtisadi, mədəni platformalar qloballaşan dünyamızda müsəlman ölkələrinin vahid gücə çevrilməsi, inkişaf proseslərində fəal iştirakı məramına xidmət edir.
Azərbaycanın multikulturalizm, İslam həmrəyliyi ideyalarının mərkəzinə çevrilməsi, Şərqlə Qərbin dialoq məkanı kimi tanınması ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir.

Hörmətli Mehriban xanım!

Bu mühüm siyasi-mənəvi nailiyyətlərin əldə olunmasında Sizin müstəsna xidmətləriniz vardır. Ölkəmizdə və beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyətiniz, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməyiniz, ümumbəşəri dəyərlərə diqqət və himayəniz Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət etmişdir.
İslam maarifçiliyi başqalarına təmənnasız köməyi, insanlara mərhəmət göstərməyi, ehtiyacı olanlara əl tutmağı, sülh üçün çalışmağı, mədəni dəyərləri qorumağı, dünyaya fayda verməyi, xeyirli bir işlə məşğul olmağı insanın ali missiyası kimi müəyyənləşdirir. Sizin irəli sürdüyü təşəbbüslərin hər birində bu missiyanı görmək mümkündür.
İslam Həmrəyliyi Oyunları da bu amala əsaslanan yetərincə səmərəli birlik platformalarındandır. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərliyin məhz Sizə həvalə edilməsi təsadüfi deyil. Sizin rəhbərliyinz altında 2015-ci ildə dünyanın idman tarixində ilk dəfə olaraq məhz Azərbaycanda təşkil edilmiş I Avropa Oyunlarına hazırlıq prosesində ölkəmizin adına misilsiz nümunələr yaradıldı və Azərbaycan çox qısa bir zamanda bu Oyunların ən yüksək standartlarını ortaya qoydu. Bu möhtəşəm idman tədbirinin təşkili səviyyəsi ilə bütün dünyanı heyrətləndirdi.

Hörmətli Mehriban xanım!

Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə də müsəlman aləmində növbəti böyük uğura imza atdı.
Sizin fədakar, yorulmaz və misilsiz fəaliyyətinizlə uğurla başa çatan, təkcə ölkəmizin deyil, İslam dünyasının idman həyatında tarixi hadisəyə çevrilmiş IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın adını dünya salnamasinə qızıl hərflərlə yazdı. Belə bir mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya bir daha sübut etdi ki, iqtisadi inkişafı ilə diqqət mərkəzində olan ölkəmiz həm də idman sahəsində mühüm nailiyyətlər ölkəsidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə Azərbaycanın qazandığı uğurları əyani şəkildə bir daha nümayiş etdirdi. Bu isə ölkəmizin böyük nailiyyətidir.
Bu həm də sadəcə bir idman tədbiri deyil, böyük bir mədəniyyət bayramıdır, ölkəmizin milli-mənəvi dəyərlərə, tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Bir daha, Sizi əlamətdar hadisə - IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və uğurla başa çatması,  münasibətilə təbrik edir, ölkəmizin ictimai-siyasi həyatında göstərdiyiniz möhtəşəm fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayaq.

    Hörmət və ehtiramla,


   Nəsimi rayon ictimaiyyəti adından
   İcra Hakimiyyətinin Başçısı
   Asif Əsgərov

Keçidlər