Şriftin ölçüsü :

Saytın rəngi :

NƏSİMİ RAYONU: 2012-ci il nailiyyətlərlə yadda qaldı

16 fevral 2013 | 16:00

Nəsimi rayonunda ötən ilin sosial-iqtisadi inkişafının  yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasdan əvvəl rayon icra hakimiyyətinin  binasında ümummilli liderimiz Heydər Əliyevin  büstü önünə gül  dəstələri  düzüldü.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hesabat məruzəsi ilə çıxış etmişdir.  Natiq bildirmişdir ki, 2011-ci il ölkəmizin qarşısında duran sosial-iqtisadi vəzifələrin icra edilməsi, bu istiqamətdə nəzərdə tutulmuş bütün proqram və layihələrin yerinə yetirilməsi baxımından uğurlu il olmuşdur. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik və uzaqgörən siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. Dövlət başçımızın rəhbərliyi altında həyata keçirilən iqtisadi strategiya social yönümlüdür və o, bu sahədəki vəzifələrin kompleks həllinə hesablanmışdır. Ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə hazırda dünyada 46-cı yerdə, MDB məkanında isə 1-ci yerdədir.
Bu il yanvarın 15-də  Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər  Kabinetinin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmiş və burada dövlət başçısının giriş və yekun nitqlərində ölkəmizdəki iqtisadi və siaysi vəziyyət dərindən təhlil edilmiş, əldə olunmuş uğurlar qiymətləndirilərək qarşıda duran vəzifələr və onların həlli yolları müəyyənləşdirilmişdir.
2012-ci ildə ölkəmizdə ümumi daxili məhsul 2,2 faiz artmış, valyuta ehtiyatlarımız 45 milyard dollardan çox olmuşdur. Maliyyə imkanlarımız getdikcə artır və bu ilin büdcəsi rekord səviyyədə- 20 milyard manata yaxındır. Respublikamızda irimiqyaslı infrastruktur layihələri, quruculuq və yenidənqurma işləri davam etdirilmişdir.
Ölkəmiz üçün bütün sahələrdə uğurlarla yadda qalan 2012-ci ildə Nəsimi rayonunun da  sosial-iqtisadi inkişafında nailliyyətlər əldə edilmişdir.
Ötən il rayonun sosial-iqtisadi sahələrində inkişaf dinamikası artaraq bir sıra yüksək göstəricilər əldə olunub. Keçən il rayonda ümumi məhsul istehsalı əvvəlki illə müayisədə 7,7 faiz artaraq 1 milyard 219 milyon 766 min manat olmuşdur.
Hesabat ilində sənaye məhsulu istehsalı 3,6 faiz artmışdır. Nəqliyyat müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi əvvəlki ilə nisbətən 31,1 faiz yüksələrək 419 milyon 64 min manat, rabitə müəssisələrinin gördükləri iş və xidmətlərin həcmi isə 11,7 faiz artaraq 27 milyon 881 min manat təşkil etmişdir.
Hesabat ilində rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 954 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 401 milyon manat olmuşdur. Adambaşına düşən əmtəə dövriyyəsinin həcmi 3127 manat təşkil etmişdir. 2012-ci ildə rayonda orta aylıq əmək haqqı ötən illə müqayisədə 8,3 faiz artaraq 423,1 manat olmuşdur.
Ötən il rayonda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 3366 yeni iş yeri yaradılmışdır.
Əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatını lazımi səviyyədə təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri “Təzə bazar” MMC-nin və 3-cü mikrorayondakı “Kəndli yarmarkası”nın ərazisində təşkil olunan satış yarmarkaları öz fəaliyyətlərini keçən il də davam etdirmişlər.
2012-ci ildə istehlakçıları fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchiz etmək üçün “Bakıelektrikşəbəkə” ASC Nəsmi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 18 ədəd tranformator məntəqəsi əsaslı təmir edilmiş, 7210 metr 6/10 kilovoltluq, 111 min 317 metr müxtəlif markalı 0,4 kilovoltluq kabel xətləri dəyişdirilmiş, 40190 metr kabeldən istifadə edilməklə 537 ədəd elektrik dayağı quraşdıırlmışdır. 2012-ci ildə sərf edilən enerji pulunun yığımı 31,2 milyon manata çatdırılaraq 103 faiz təşkil etmişdir.
“Bakışəhərişığı” Elektik Şəbəkə Müəssisəsinin Nəsimi rayon texniki istismar sahəsi tərəfindən keçən il 83 elektrik dirəyi dəyişdirilmiş, 304 ədəd çıraq yenisi ilə əvəz olunmuş, 33 məhəllədaxili elektrik xətləri təmir edilmiş, 13226 metr kabel dəyişdirilmişdir.
İl ərzində Nəsimi Rayon Qaz İstismarı Sahəsi tərəfindən istehlakçılara 9 milyon 856 min manat dəyərində təbii qaz satılmış və satışın 98,4 faizi ödənilmişdir. Keçən il 12952 ədəd mexaniki qaz sayğacı “Smart-kart” tipli sayğaclarla əvəz edilmiş, 13523 metr qaz kəməri çəkilmişdir.
2012-ci ildə Nəsimi Rayon Su Kanal Departamenti tərəfindən 5931 ədəd yeni su sayğacları quraşdırılmışdır. Keçən il rayon ərazisində 15700 paqonometr magistral su kəməri, müxtəlif diametrli 550 paqonometr kanalizasiya şəbəkəsi, 36 ədəd quyu təmir edilmiş, 22 ədəd yeni yağış barmaqlıq quraşdırılmışdır.
Payız-qış mövsümü ilə əlaqədar bütün istilik məntəqələində və məhəllədaxili qazanxanalarda təftiş və təmir işləri aparılmış, 10 ünvanda məhəllədaxili istilk xətləri əsaslı təmir olunmuşdur. 198 yaşayış binası, 18 tam orta məktəb, 11 körpələr evi-uşaq bağçası, 6 səhiyyə obyekti və 22 digər təyinatlı obyektlər istilik enerjisi ilə təmin olunmuşdur.
2012-ci ildə rayonda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Rayonun H. Seyidzadə, 20 Yanvar, Cavadxan, S. Vurğun küçələrində, Vaqif, Azadlıq, Tbilisi prospektlərində, mikrorayonlar ərazilərindəki məhəllələrdə, park və bağlarda, ümumilkdə 10 minə yaxın ağac və gül kolları əkilmiş, yeni yaşıllıq zolaqları salınmşdır. Rayon icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən 10 həyətdə abadlıq və yenidənqurma işləri aparılmışdır. S.Vurğun, R.Behbudov, A.Bakıxanov, H.Ələsgərov, Mərdanov qardaşları küçələrində, Vaqif, Azadlıq və Tbilisi prospektlərində səkilərə tamet plitələr döşənmiş, müxtəlif ünvanlarda bardürlər dəyişdirilmiş, yol kənarlarında ağac və dekorativ kollar əkilmişdir.
Azadlıq prospekti və S. Rəhimov küçəsinin kəsişməsində 5115 kvadratmetr ərazidə yeni park salınmış, R. Behbudov və A. Bakıxanov küçələrinin kəsişməsində yerləşən, sahəsi 1800 kvadratmetr olan parkda yenidənqurma və abadlıq işləri görülmüşdür.
Keçən il Azərbaycan Respublikasının Prtezidenti İlham Əliyevin sərəncamı ilə xalq qəhrəmanı Koroğluya ucaldılmış abidənin açılış mərasimi olmuşdur. Həmin mərasimdə Prezident  İlham Əliyev və  xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Abidənin yerləşdiyi parkda geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, ümumi sahəsi 1,3 hektar olan parkın ərazisinə qranit plitələr döşənmiş və burada sakinlərin istirahəti üçün şərait yaradılmışdır.
2012-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin müasir standartlara uyğun yeddi mərtəbəli yeni inzibati binası istifadəyə verilmişdir. Yüksək zövqlə inşa edilmiş binada 33 yerlik akt zalı, 100 yerlik müşavirə zalı, operativ idarəetmə mərkəzi, arxiv, rabitə otaqları, yeraltı qaraj vardır. Binanın yerləşdiyi ərazidə və yaxınlıqdakı parkda yenidənqurma işləri görülmüşdür.
2012-ci ilin ölkəmizdə “İdman ili” elan edilməsi ilə əlaqədar Nəsimi rayonunda da bir sıra tədbirlər həyata keçirilmişdir. “İdman ili”nin yekunu kimi 4-cü mikrorayon ərazisində inşasına ilin əvvəlində başlanılmış idman meydançası və park istifadəyə verilmişdir. Müasir standartlara cavab verən bu meydançada futbol, voleybol, basketbol, qaçış və digər idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Burada 500-dən çox tamaşaçı tutumu olan tribunalar və müasir işıqlandırma sistemi qurulmuşdur. Meydançanın yaxınlığında 1 hektara yaxın ərazidə yeni istirahət parkı inşa edilmiş, burada 1500-dən çox ağac, gül və dekorativ kol, 3 min kvadratmetrdən artıq sahəyə qazon əkilmişdir. Parkda 2500 kvadratmetr sahəyə milli ornamentlərə uyğun işlənilmiş daş plitə döşənmiş, işıqlandırma sistemi, oturacaqlar, uşaq oyun elementləri qurulmuşdur.
Rayonun Füzuli və M. Əliyev küçələri arasında 4 minə yaxın avtomobil üçün nəzərdə tutulmuş 3 mərtəbəli dayanacağın, park və fəvvarələr  kompleksinin inşasına başlanılıb. Keçən il Prezident İlham Əliyev həmin ərazidəki  inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Ötən il Bülbül prospektində görkəmli müğənni Bülbülün abidəsi ucaldılmışdır.  Açılış mərasimində dövlət başçısı cənab İlham Əliyev iştirak etmişdir.
Hazırda 2-ci mikrorayondakı “Heydər park”ında, Cavadxan küçəsindəki parkda yenidənqurma işləri davam etdirilir. Ötən il rayon ərazisindəki 21 ünvanda binaların fasadları təmir olunmuş, R. Behbudov və A. Bakıxanov küçələrinin kəsişməsindəki parkda yenidənqurma işləri başa çatdırılmışdır. İl ərzində rayon ərazisində, ümumilikdə 48195 kvadratmetr asfalt vurulmuş, 10 küçə və prospektdə əsaslı təmir işləri görülmüş, S.Vurğun küçəsinin Füzuli küçəsinə qədər olan hissəsi genişləndirilmişdir. Rayon icra hakimiyyətinin tövsiyəsi ilə bir sıra müəssisə, idarə və təşkilatlar fəaliyyət göstərdikləri ərazilərdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirmişlər.
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 6032 kvadratmetr dam örtüyü təmir edilmiş, 1354 paqonometr ventilyasiya kanalı və tüstü bacası təmizlənmiş, 265 ədəd giriş qapısı təmir olunmuş, 617 kvadratmetr ümumi istifadə yerləri şüşələnmiş, 853 paqonometr suaxıdıcı və 1954 paqonometr su borusu təmir olunmuş, 1667 paqonometr isitilk boruları yeniləri ilə əvəzlənmişdir.
Keçən il rayonun ümumtəhsil məktəblərini bitirmiş 1971 nəfərdən 1227-si ali məktəblərə daxil olmuşdur. Onlardan 34-ü 600-dən, 14-ü isə 650-dən yuxarı bal toplamışdır. 650-dən yuxarı bal toplayan abituriyentlərlə rayon icra hakimiyyətində görüş keçirilmiş və onlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 2011-2012-ci tədris ilinin nəticələrinə görə, rayonun 3 tam orta məktəbi “İlin ən yaxşı ümumtəhsil məktəbi”, 15 müəllim isə “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi olmuşlar.
2012-ci ildə rayon ərazisindəki  4 təhsil müəssisəsində əsaslı təmir işləri aparılmış, 3 körpələr evi-uşaq bağçasında isə hazırda təmir işləri görülür. 5 saylı tam orta məktəbdə əlavə korpusun tikintisi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçən il noyabrın 8-də Nəsimi rayonundakı 1 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olmuşdur. Məktəbin müxtəlif fənn kabinələri və laboratoriyaları zəruri bütün əyani vasitələr və avadanlıqlarla təchiz edilmiş, informatika sinfində müasir kompyuter dəstləri quraşdırılmış, akt zalı və kitabxana təmir olunmuşdur. Məktəbdə əlavə 10 sinif otağı  inşa ediləcəkdir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda tikinti-quraşdırma işləri davam etdirilir. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda əsaslı təmir işləri həyata keçirilir.
2012-ci ildə rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası və kütləvi zəhərlənmə halları baş verməmişdir. Sanitar norma və qaydalarına cavab verməyən obyektlər barədə inzibati tədbirlər həyata keçirilmişdir. İl ərzində küçə ticarətinin ləğvi, qanunsuz ticarətin qarşısının alınması üçün lazımi tədbirlər görülmüşdür.
2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Şöbəsində 24933 nəfər pensiyaçı və müavinət alan vətəndaşa xidmət göstərilib. İl ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4116 nəfərə sosial müavinət və təqaüd, 2789 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən 367 tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strateguya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası ilə əlaqədar rayondakı idarə, müəssisə və təşkilatlarda ciddi nəzarət mexanizmi tətbiq edilmiş, rayon icra hakimiyyəti və onun struktur bölmələrinin səlahiyyətlərinin dəqiqləşdirilməsi, onların fəaliyyətində şəffaflığın artırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Ötən müddət ərzində antikorrupsiya, eyni zamanda dövlət qulluqçularının etik davranışı, vicdanlılıq məsələləri, maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik prinsiplərinə əməl olunması rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuş, idarəetmədə mövcud nöqsanların aşkar edilib aradan qaldırılması isitqamətində işlər görülmüşdür.
İl ərzində Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 26 iclası keçirilmiş və burada qaldırılan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilmişdir. Keçən il rayonda 45 səyyar qəbul keçirilmiş, sakinlərin səsələndirdiyi məsələlərlə əlaqədar operativ tədbirlər görülmüşdür.
Rayon icra hakimiyyətində fəaliyyət göstərən “Qaynar xətt”ə daxil olan məlumatlarla bağlı tədbirlər sistemi daha da təkmilləşdirilmiş, vətəndaşların müraciət etmək imkanlarını genişləndirmək məqsədilə icra hakimiyyətini saytında “Elektron müraciət” bölümü, elektorn idarəetmə və məlumat bazası yaradılmışdır.
Sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ağa-Əli Əhmədov, icra hakimiyyəti başçısının müavinləri Zahid Xəlilov və Anar Tağıyev çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Azərbaycan Respublikası Prezidenti Aparatının məsul əməkdaşı Tağı Tağıyev tədbirdə çıxış etdi.
İclasın  yekunları əsasında qərar qəbul edildi. Toplantı iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə  müraciət qəbul edildi.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iclasda yekun çıxışı etdi. O, cari ildə qarşıda duran məsələlərin həlli üçün rəhbər  şəxslərin və məsul  işçilərin  səylərini daha da artırmalarının,  onların davranış qaydalarına və  mənəvi-etik normalara əməl etmələrinin vacibliyini vurğuladı.
Tədirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Ziyad Səmədzadə iştirak etmişlər.

Keçidlər