Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 15 iyun – Qurtuluş günü ərəfəsində növbəti 2 “Abad həyət” sakinlərin ixtiyarına verildi

13 iyun 2017 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların  yerinə yetirilməsi  ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.
Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Abadlıq quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, Moskva prospektinndə, H.Seyidzadə, M.Cəlal, Cavadxan, və R.Məmmədov küçələrində yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
15 iyun- Qurtuluş günü  ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında  2 ha –dan artıq sahədən ibarət   2 “Abad həyət”  Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanlarda  4 bloklu, 60 mənzilli,  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə gül-çiçək  əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
Sakinlərlə görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki,  bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Gülarə Verdiyeva  qeyd etdi ki, bu istiqamətdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən son 3 ay ərzində rayonun müxtəlif ünvanlarında 15 “Abad həyət” sakinlərin istifadəsinə verilmişdir.H.Seyidzadə küçəsi 29 ünvanının qarşısındakı ərazinin sakinləri  öz binalarının həyətlərində  yaradılan abadlığa  görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Hal-hazırda Nəsimi rayonunun  ayrı-ayrı ünvanlarında 13  yüksəkmərtəbəli binaların fasadlarında əsaslı təmir işləri  və binaların həyətlərində abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Keçidlər