Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanımız Yusif Mirzəyev hər zaman xatirələrimizdədir!

21 fevral 2013 | 16:00

20.02.2013-cü il tarixdə Nəsimi rayonu Y.Mirzəyev adına 44№li tam orta məktəbdə Milli Qəhrəmanımız Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Milli Qəhrəmanın adını daşıyan məktəbin müəllim və şagird heyəti ilə yanaşı, Bakı şəhəri 7№li məktəbin direktoru G.Mehdizadə, Nəsimi royonu 21-ci polis bölməsinin yetkinlik  yaşına  çatmayanlarla iş üzrə bölmənin inspektoru  polis mayoru A.R. Şirinova, Milli Qəhrəmanın yaxın  qohumları və başqa  təşkilatlardan gələn qonaqlar da iştirak etmişlər.  
     “Vətən bizim göz bəbəyimiz, sabaha ümid yerimiz və ana qədər sevdiyimiz məhfumdur. Vətən uğrunda şəhid olan övladlarımız vətənin müqəddəs olduğunu sübüta yetirən igidlərimizdir. Biz hər bir azərbaycanlı bunu dərk etməli və gələcək nəslə ötürməliyik” - bu fikirləri əsas tutaraq, Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsi  bir daha yad edildi. Məktəblilərin səhnələşdirdiyi kompozisiyalar, səhnəciklər, şer parçaları insan ürəyini riqqətə gətirirdi. Tədbirdə hərbi vətəpərvər çıxışlar, şəhid arzularının tükənməsi, məhv olmuş ailələr haqqda məlumatlara da geniş yer verilmişdir.
Gedişatda təşkilatçı müavin Q.Cəfərova bir-bir təbdir iştirakçılarına söz verdi.
Şəhid bacısı tədbirdən təsirlənərək öz çıxışını göz yaşları ilə bitirdi. Həmçinin 7№li məktəbin direktoru G.Mehdizadə və polis mayoru A.R. Şirinova da çıxışlarını hərbi vətənpərvərlik ruhda sona yetirdi.
  Sonda məktəbin direktoru S.C.Əkbərova tədbirin təşkil olunmasında əməyi keçən hər bir insana öz təşəkkürünü bildirdi və məktəbin Yusif Mirzəyev adına layiq olmasında əlindən gələn idarəçiliyi əsirgəməyəcəyinə söz verdi.

Keçidlər