Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib

23 iyun 2017 | 16:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti 45-ci buraxılışı keçirilib.  Tədbirdə liseyin şəxsi heyəti,  Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar,  valideynlər  və  ictimaiyyətin  nümayəndələri iştirak ediblər.
    Ümummilli  lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib.
  Tədbirdə çıxış edən polkovnik Elman Namazov bu əlamətdar gün münasibətilə şəxsi heyəti və kursantların yaxınlarını təbrik edib.
   Tədbirə dəvət olunmuş  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlardan danışıb, məzunlara uğurlar diləyib.
    Sonra Hərbi Liseyin müəllimi  Vüsalə Nuruyeva, valideyn  Leyla Məmmədova və başqaları çıxış edərək kursantları məzun günü münasibəti ilə təbrik ediblər.
Kursantlar adından çıxış edən Anar Ağazadə komandanlığın onlara göstərdikləri etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verib.
     Təhsildə və nizam-intizamda fərqlənən bir qrup kursanta qiymətli hədiyyələr təqdim olunub.
Kursant Murad Tahirli liseyin yaş kötüyünə 2017-ci il buraxılışının rəmzi xatirə lövhəsini vurub.
Məzunların bayrağı üçüncü kursa təhvil verildikdən sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.
     Mərasim son zəngin səsləndirilməsi ilə başa çatıb.

Keçidlər