Nəsimi rayon ictimaiyyəti cəbhə bölgəsində xidmət edən əsgərlərlə 26 İyun- Silahlı Qüvvələr gününü və Ramazan bayramını qeyd etdilər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir.
Müstəqil Azərbaycan Ordusunun yüksək səviyyədə inkişafı ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Ümummilli lider Heydər Əliyev tərəfindən Fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Sülahlı Qüvvələr günü elan edilmişdir.
Respublikamızın hər bir guşəsində 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Qoşun növlərimiz düşmənlə mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvlərinə malik ən güclü ölkələrdən sayılır. Budcə vəsaiti ildən ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları günü –gündən genişlənir.