Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən vətənpərvərlik və xüsusilə hərbi vətənpərvərlik sahəsində keçirilən tədbirlərə xüsusi önəm verilir.

26 iyun 2017 | 16:00

Hər zaman hərbi hissələrlə sıx əlaqəli şəkildə əməkdaşlıq edərək ənənəvi olaraq tədbirlər təşkil edilib keçirilir. Bayram günlərində, xüsusilə Bayraq günü və Novruz bayramı günlərindədə Nəsimi rayon İcra Hakimimiyyəti bu bayramları cəbhə bölgəsində əsgərlərlə birlikdə qeyd edirlər.
Bu tədbirlərin davamı olaraq  26 İyun –Silahlı Qüvvələr günü münasibətilə Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar.

Keçidlər