Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu silahlı qüvvələrə təyin olunmuş hərbi-nəqliyyat vasitələrinə texniki baxış keçirilmişdir.

30 iyun 2017 | 16:00

Azərbaycan Respublikasının “Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli qanununa uyğun olaraq Səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrə təyin olunan hərbi nəqliyyat vasitələrinə texniki baxış keçirilmişdir.
Təqdim olunan hərbi-nəqliyyat vasitələri :

-         Bakı Metropoliteni QSC-dən – 15 ədəd,
-         Azərişıq ASC-dən – 21 ədəd,
-         Nəsimi rayon MKTB-dən – 6 ədəd,
-         Bakı Şəhər İşığı EŞM-dən – 7 ədəd,

Cəmi:   49 ədəd texnika  ( onlardan yük texnikası 33 ədəd, yüksək keçidli minik avtomobili 6 ədəd,  şəxsi heyətin daşınması üçün avtobus 8 ədəd və yanacaq daşınması üçün 2 ədəd) 
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon  İdarəsinin rəis müavini kapitan Bəhruz Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon  İdarəsinin  baş zabiti kapitan Lətif Heydərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon  İdarəsinin  Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin müfəttişi İsmayıl Quliyev   tədbirin əhəmiyyəti və texniki vasitələrin hər an hazır vəziyyətdə olması üçün müvafiq tədbirlərin görülməsini bildirmişlər. 
Çıxışlardan sonra mütəxəssislərin iştirakı ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilmişdir.
Tədbirdə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon  İdarəsinin şəxsi heyəti iştirak etmişlər

.

Keçidlər